- Baxış sayı: 38
- 22 Aprel 2024 19:34
- Baxış sayı: 97
- Aprel 23, 2024
- 0
Fransanın Orlean şəhərində sablyaçı qadınlar arasında dünya kuboku keçirilib. AQF-in 1-ci vitse-prezideni Yaşar Məmmədovun allsport.az saytına verdiyi açıqlamaya görə, komanda yarışında Səbina Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət millimiz Çin Taypeyinə 45:35 qalib gəlib, 1/16 finala çıxıb.
Bu mərhələdə fransalı həmkarlarına uduzan qızlarımız, 9-16-cı yerlər uğrunda görüşdə Yaponiya qılıncoynadanlarını 45:38, Almaniya kollektivini 45:43 üstələyiblər. 9-10-cu yer üçün Macarıstana kiçik fərqlə (43:45) məğlub olan Azərbaycan millisi, yekun nəticədə dünya reytinqində İspaniyanı geridə qoyaraq, 10-cu sıraya yüksəlib.