- Baxış sayı: 48
- 11 Noyabr 2024 21:28
- Baxış sayı: 46
- Noyabr 14, 2024
- 0
Macarıstan paytaxtı Budapeştdə qılıncoynatma üzrə dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə qadın sablyaçıların komandalar qarşılaşıblar.
Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakovadan ibarət millimiz ilk görüşdə Böyük Britaniyanı 45:38 məğlub edib. Növbəti rəqabətdə eyni hesabla dünya çempionu Rusiya yığmasına yenilən qızlarımız 9-12-ci yerlər uğrunda matçda İspaniyaya 37:45 uduzub.
13-cü yer uğrunda görüşlərdə Honkonqa 45:31, Türkiyə seçməsinə 45:38 hesabı ilə qalib gəlib. .