Sablyaçılarımız dünya kubokunda komanda yarışında 7-ci olub

Afinada qadınların dünya kubokunda komanda yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət komandamız ilk görüşündə Çinə 45:42 qalib gələrək ən güclü 8 komanda sırasına yüksəlib.

Yarımfinalda İtaliya yığmasına 42:45 hesabı ilə uduzan sablyaçılarımız, 5-8-ci yerlər uğrunda ilk görüşdə Koreyaya 31:45 hesabı ilə məğlub olub.

Son görüşündə Kanada seçməsinə 45:44 qalib gələrək, 7-ci olub.

Həmin kateqoriyadan