Sablyaçımız İstanbulda fərqləndi

Azərbaycanın yeniyetmə sablyaçısı Zərifə Hüseynova Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran qılıncoynadan pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü “8-liy”ə yüksəlib.

Burada türkiyəli Gökcə Sena Üstünə 10:15 hesabı ilə uduzan Hüseynova yekun sıralamada 100-dən çox idmançı arasında 7-ci olub və turnirin bürünc medalına layiq görülüb.

Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü “64-lüy”ə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb.

Sablya üzrə yeniyetmə qızların komanda yarışındakı ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci komandasına 41:45 hesabı ilə məğlub olub. Yeniyetmə qız sablyaçılar 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə yenilib

Turnirdə görüşləri idarə hakimlər arasında gənc azərbaycanlı referi Cavanşir Ağakişiyev də olub.

Həmin kateqoriyadan