- Baxış sayı: 107
- 29 Mart 2026 10:35
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

Qadın sablya millimiz Rusiyada açıq turnirdə iştirak edib. Allsport.az saytı xəbər verir ki, Novoqorskda İlqar Məmmədov adına qılıncoynatma mərkəzində keçirilən turnirdə 43 nəfər qüvvəsini sınayıb. Yarışın qalibi Anna Başta olub.
İdmançımız həlledici görüşdə Alina Mixaylovanı 15:12 hesabı ilə məğlub edib. Turnirin 1/4 finalında Azərbaycan dueli baş tutub. Yarışın gələcək qalibi komanda yoldaşı Valeriya Bolşakovanı 15:14 üstəlyib. O, yekun sıralamada 5-ci olub.