- Baxış sayı: 132
- 29 Mart 2026 10:35
- Baxış sayı: 116
- Avqust 10, 2026
- 0

Qadın sablyaçılarımız Antalyada “Satellite” seriyalı yarışda uğurlu çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, Anna Başta qrup mərhələsini mütləq nəticə, 5 qələbə ilə başa vurub.
O, sonrakı görüşlərdə də inamlı təsir bağışlayaraq, qızıl medal qazanıb. Maraqlıdır ki, qılıncoynadanımız 1/8 finalda komanda yoldaşı Səbinə Kərimovanı sıradan çıxarıb (15:12).
Digər sablyaçılarımızdan Sevil Bünyatova və Valeriya Bolşakova 1/8 finala qədər irəliləyiblər. Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.