Şahmatçılar şəhid övladları ilə

Kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Allsport.az xəbər verir ki, turdan əvvəl şahmatçılar II Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşüb və şəkil çəkdiriblər.

Azərbaycan şahmat federasiyası və “YAŞAT” fondunun birgə təşkilatçılığıyla reallaşan layihədə maraqlı anlar yaşanıb. 1 orden və 13 medalla təltif olunan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Arazın arzusu həyata keçirilib. Araz Şadmanov uzun illər internetdən izlədiyi Şəhriyar Məmmədyarovla tanış olub. Araza şahmat yolunda uğurlar arzulayan Ş. Məmmədyarov balaca fanatıyla yenə də görüşəcəyini bildirib.

Sonda şahmatçılar balacalara hədiyyə təqdim ediblər.

1/8 finalda ilk gedişi Azərbaycanın siyasi və ictimai xadimi, diplomat və tarix elmlər doktoru Həsən Həsənov edib.

Həmin kateqoriyadan