Rusiya şahmat federasiyasının üzvlüyünü müvəqqəti olaraq dayandırdı

Beynəlxalq şahmat federasiyası (FİDE) şurası İdman arbitraj məhkəməsinin (CAS) qərarına əməl etmədiyinə görə, Rusiya şahmat federasiyasının (RCF) üzvlüyünü müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Allsport.az saytı xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. CAS-ın qərarında (CAS 2024/A/10911) göstərilən tələblər 9 iyun tarixinədək müəyyən edilmiş müddətdə yerinə yetirilməyib. Məhkəmənin qərarına əsasən, RCF-dən Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində, eləcə də Krımda bütün fəaliyyətlərini 90 gün ərzində dayandırması tələb olunub.

CAS qərarının icrasını qiymətləndirmək və FİDE nizamnaməsinə uyğun olaraq qərarlar qəbul etmək üçün 17 iyun 2026-cı il tarixində FİDE Şurasının iclası planlaşdırılır.

Həmin kateqoriyadan