“Odlar yurdu” ilə dünya çempionatına

17-22 iyunda Honq Konqda şahmatın rapid və blits növü üzrə komandalar arasında dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı yarışda “Odlar Yurdu” klubu təmsil edəcək.

Heyətə bu idmançılar dəvət olunublar: Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov. Adı ilk çəkilən təmsilçimiz həm də kapitan vəzifəsini yerinə yetirəcək.

Həmin kateqoriyadan