Dünya çempionatı başlayıb

İtaliyanın Montesilvano şəhərində yeniyetmə şahmatçıların dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, 14,16 və 18 yaş kateqoriyasında yarışda 86 ölkə mübarizə aparır.

Ölkəmizi mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi ilə Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdi təmsil edir.

Dünya çempionatı iyunun 26-da bitəcək.

Həmin kateqoriyadan