Sakit Alıyevin xatirə turnirində hansı klub qalib olub?

Sakit Alıyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin final qarşılaşmaları başa çatıb. Allsport.az saytı xəbər verir ki, həlledici görüşfən mərhum futbolçunun 25 il öncə “Fənərbağça” – “Turan” oyununda kapitan kimi meydanda olarkən geydiyi futbol maykası meydana gəldi. Hamı ayaqüstə bu mərasimi alqışladı.

Turnir başa çatdıqdan sonra mükafatlandırılma mərasiminə başlanıldı. Əvvəlcə final oyununun hakimləri Samir Hüseynov və Qəzənfər Məmmədov Fəxri fərmanla mükafatlandırıldılar. Sonrakı Fəxri fərmanlar turnirin ən gənc oyunçusu Tunar Musayevə (“Aztrade”), turnirin ilk qolunun müəllifi Nizami Sadıqova (“Turan”), turnirin bombardiri Süleyman Pənahlıya (“Düz Qırıqlı”), turnirin ən yaxşı oyunçusu Nəcəf Nəcəfzadəyə (“Düz Qırıqlı”) verildi.

Sonda qalib komandalar təltif edildi. 4-cü yerin sahibi “Turan” komandasına diplom verildi. 3-cü yerin mükafatçısı “Düz Qırıqlı” komandasına bürünc medalları Sakit Alıyevin oğlu Sənan Alıyev təqdim etdi. 2-ci yerin qaliblərinə medalları “Turan Tovuz PFK” İB-nin Müşahidə Şurasının üzvü Rəşid Məhərrəmov təqdim etdi. Çempion komandaya medalları Qərb RFF-nın prezidenti Nadir Nəbiyev təqdim etdi. Qərf RFF-nın vitse prezidenti, Təşkilat Komitəsinin sədri Rasim Əliyev komandalara Diplom və pul mükafatları təqdim etdikdən sonar, Nadir Nəbiyev turnirin kubokunu “Aztrade” komandasının kapitanına təqdim etdi. Əyləncəli gecə komandaların azarkeşlərinin alğış sədaları ilə başa çatdı. 612 azarkeşin izlədiyi final oyunu beləcə başa çatdı.

3-cü yer uğrunda
“Turan” – “Düz Qırıqlı” 2:5.
Hakim: Samir Hüseynov, Qəzənfər Məmmədov.
Xəbərdarlıq: Nizami Sadıqov (“Turan”)
Qırmızı vərəqə: Eldəniz Hüseynov (“Turan”)
Qollar:Nizami Sadıqov, Nizami Ocaqverdiyev / Elşən Bağırov -2, Nəcəf Nəcəfzadə, Sənan Qocayev, Urfan Əlirzayev.

Final
“Əyyublu” – “Aztrade” 2:5.
Hakim: Samir Hüseynov, Qəzənfər Məmmədov
Qollar: Pərviz Mahmudov, Gündüz Zeynalov/ Seymur Tağıyev -2, İlqar Fərhadov, Rəşad Orucov, Hafiz Əliyev.

Ən məhsuldar oyun – “Tovuz” – “Əyyublu” 20 top (5:15).

Bir oyunda ən çox top vuran komanda – “Əyyublu” – 15 qol (“Tovuz” – “Əyyublu” 5:15.)

Bir oyunda 6 qol vuran oyunçu:
02.07.2019. Süleyman Pənahlı (“Əyyublu”)

Bir oyunda 5 qol vuran oyunçu:
02.07.2019. Gündüz Zeynalov (“Əyyublu”)
05.07.2019. Pərvin Mahmudov (“Əyyublu”)

“Het-trik”lər
30.06.2019. Hafiz Əliyev (“Aztrade”)
02.07.2019. Təbriz Hüseynov (“Tovuz”)
02.07.2019. Paşa Cəfərov (“Quşçu”)
03.07.2019.Rufan Alrzayev (“Düz Qırıqlı”)
04.07.2019.Seymur Tağıyev (“Aztrade”)

150-ci qol – İlqar Fərhadov (“Aztrade”)

Beləliklə, 1/2 final mərhələsinin oyunlarından sonra turnirlə vidalaşan komandaların göstəriciləri:

1.“Aztrade” 5 4 1 0 25:6 13
2.“Əyyublu” 6 3 2 1 40:24 11
3.“Düz Qırıqlı” 5 3 2 0 16:5 11
4.“Turan” 5 3 0 2 17:15 9
5.“Şəmir-Qaryağdı” 4 2 1 1 12:12 7
6.”Əmirli” 3 1 1 1 10:14 4
7.”Arçelik – Sokar” 3 1 1 1 5:5 4
8.“Loğman” 3 1 0 2 4:13 3
9.“Şəmkir” 3 0 1 2 7:13 1
10.”Tovuz” 3 0 1 2 8:21 1
11.“Mister” 2 0 0 2 2:6 0
12.“Ümid” 2 0 0 2 1:6 0
13.Quşçu” 2 0 0 2 5:12 0

Həmin kateqoriyadan