“İnanırıq ki, problem olmayacaq”

“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 20-ci turunda “Səbail”i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Hər iki komanda matça itkilərlə çıxmışdı. Bizdə Emin Mahmudovun yoxluğu hiss olundu. Bəzi məqamlarda çətinliyimiz oldu. Şükürlər olsun, qalib gəldik. Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanırıq. Amma inanırıq ki, problem olmayacaq.

Əsas milliyə neçə nəfərin getdiyini bilmirik. Bu, məşqlərimizə 100 faiz təsir edəcək. Hazırda Fəhmin Muradbəyli zədəlidir. Həkimlər çox əlləşir. Məşqdə bəladan qurtardı. Ayağı sına bilərdi. Əhməd Əhmədovun əzələsində dartılma var. İnanırıq ki, fasilədə hər ikisi sıraya qayıdacaq”.

Həmin kateqoriyadan