Samir Abbasov: Sonuncu yerə layiq deyilik

Azərbaycan kubokunun 1/4 finalında “Zirə” rəqib meydanında “Səbail”ə 3:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra qalib komandanın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm. Çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyiridk. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi”.

Qeyd edək ki, ilk oyunda da evdə 1:0 hesabı ilə qalib gələn “qartallar” Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb. 

Həmin kateqoriyadan