- Baxış sayı: 43
- 26 Avqust 2026 23:53
- Baxış sayı: 101
- Avqust 26, 2026
- 0


Uefa, çempionlar, Avropa və konfrans liqalarının əsas mərhələsində sarı vərəqələrə görə cəzalanma həddini artırıb.
Allsport.az xəbər verir ki, bundan sonra növbəti matçı buraxmaq cəzası qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqədən sonra tətbiq olunacaq.
Növbəti diskvalifikasiyalar isə hər müvafiq cüt saylı – 6-cı, 8-ci və daha sonrakı xəbərdarlıqlardan sonra qüvvəyə minəcək.
Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməyəcək. Burada cəza 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra tətbiq ediləcək.
UEFA bu dəyişikliyi 2024/25 mövsümündən etibarən qüvvəyə minən avrokubok islahatları ilə əsaslandırıb. Çempionlar liqası və Avropa liqasının əsas mərhələsində matç sayının 6-dan 8-ə qaldırılması səbəbindən əvvəlki sistem vərəqə limitinin aşılmasına görə diskvalifikasiyaların çoxalmasına gətirib çıxarırdı.
Yeni qaydalar əsas mərhələsi 6 matçdan ibarət olan UEFA konfrans liqasında da keçərli olacaq. Qitə futbol qurumu bunu qış “transfer pəncərəsi”ndə futbolçuların müxtəlif avrokubok iştirakçıları arasında keçid edə biləcəyi ehtimalı ilə izah edib.