“Qarabağ”ın keçmiş qapıçısı “Beşikdaş”la anlaşdı

Loris Kariusun yerinə qapıçı axtaran “Beşikdaş” “Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç ilə anlaşıb. Allsport.az xəbər verir ki, mövsümün sonunda “Ərzurumspor”la müqaviləsi bitəcək bosniyalı qolkiper İstanbul təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

31 yaşlı qapıçı Türkiyə 1-ci liqasında keçirdiyi 28 oyunun 13-də qapısını toxunulmaz saxlayıb. Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra “Ərzurumspor”a keçmişdi.

Həmin kateqoriyadan