Şənol Günəş gedəcəyi vaxtı açıqladı

Türkiyə millisinin çalışdırıcısı Şənol Günəş baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Allsport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini bildirib:

“2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbər olsun”.

Türkiyə millisi onun rəhbərliyi ilə DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.

Həmin kateqoriyadan