- Baxış sayı: 109
- 29 İyul 2026 15:00
- Baxış sayı: 168
- Sentyabr 17, 2026
- 0

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Siyəzən rayonuna səfərə gedib.
Allsport.az saytı xəbər verir ki, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev və Kamran Ağayevin də iştirak etdiyi görüşdə, liqalarda iştirak edən aşağı yaş qruplarından ibarət komandalar nəzərdən keçirilib, onlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edib.
İcraçı vitse-prezident və futbolçular uşaqlarla söhbətləşib, onlara uğurlar arzulayıb. Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin və qonaqların iştirakı ilə simvolik oyun keçirilib.