Siyasət siyasətlə danışdı

Qadın millimiz Avropa çempionatının seçmə qrupunda Varşada polşalı futbolçulara 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Siyasət Əsgərov yenilgiyə belə şərh verib: 

“İlk öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik.

Bir çox ölkələrdə çempionat dayandırıldıığından, legionçularımızın oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

Həmin kateqoriyadan