Şpaqa məşqçiləri üçün məşğələ

Texniki universitetinin idman sarayının qılıncoynatma zalında şpaqa üzrə məşqçilər üçün seminar keçirilib.

Allsport.az xəbər verir ki, məşğələdə moderator qismində milli komandanın məşqçiləri Sudef QuliyevYelena Mironyuk çıxış edib. Seminarda məşqçilərə ilkin mərhələdə qruplarda uşaqlarla işləməyin metodikası, ümumi fiziki və texniki hazırlıq haqqında məlumat verilib.

Bundan əlavə, seminarda məşqçilərin uşaqlarla psixoloji hazırlıq məsələlərinə də toxunulub.

Həmin kateqoriyadan