Şpaqaçılarımız komanda hesabında 1-ci oldu

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda gənc şpaqaçılar arasıda beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, AQF-in ezam etdiyi milli komandamız şimalda uğurlu çıxış edib.

Baş məşqçi Sudeif Quliyevin rəhbərliyi ilə Araz Şıxəliyev, İslam Yusifov, Oqtay Bağıyev və Barat Qulyevdən ibarət komandamız «Pyatiqorsk-2»ni 45:26, yarımfinalda «Rostov»u 45:42, həlledici görüşdə elə bu hesabla Pyatiqorskun 1-ci yığmasını üstələyib.

Şəxsi yarışda Araz Şıxəliyev 3-cü, İslam Yusifov 5-ci olub.

Həmin kateqoriyadan