Şpaqaçılarımızdan Kənan Əliyev fərqlənib

İsveçrənin Bern şəhərində qılıncoynadanların qran-prisi keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz həm fərdi, həm də komanda yarışında iştirak edib.

Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev mübarizəni erkən başa vurublar.

Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız 16:45 yeniliblər.

Həmin kateqoriyadan