Şpaqaçımız Anadoluda 3-cü olub

Türkiyənin Konya şəhərində yeniyetmə qılıncoynadanların yarışı keçirilib. Allsport.az xəbər verir ki, 14 yaşlı qız şpaqaçıların mübarizəsində Xədicə Həsənli bürünc medal qazanıb.

Qrupda 6 görüşün hamısını qalib başa vuran həmyerlimiz, 1/32 finalda Tuqca Çokrolamaşı (15:1), 1/16-də Asya Göqmanı (15:4),1/8 finalda Əlif İşlakı (15:9) məğlub edib. 1/4 finalda Ege Çot üzərində 15:8 hesablı qələbə qazanan idmançımız yarımfinalda turnirin gələcək qalibi Naz Göqqayaya 9:15 yenilsə də, ən güclü 4 şpaqaçı sırasına yüksəlməklə 3-cü yer tutub.

Turnirdə iştirak edən digər təmsilçilərimizdən Aynur Quliyeva 1/16 finala qədər irəliləyib. 12 yaşadək şpaqaçıların yarışında Yəhya Məmmədov 1/32 finalda uduzub.

Həmin kateqoriyadan