- Baxış sayı: 72
- 28 Sentyabr 2026 13:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Qılıncoynatmanın şpaqa növüdə çıxış edən idmançımız Kənan Əliyev dünya kubokuna hazırlaşır.
Allsport.az saytı xəbər verir ki, o, 19-23 yanvarda baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi ilə Kiyevdə təlim-məşq toplanışında iştirak edəcək.
Şpaqaçımız yanvarın 25-26-da Almaniyanın Haydenhaym şəhərində keçiriləcək dünya kuboku yarışlarında mübarizə aparacaq.