Şpaqaçımız finalda erməni rəqibinə qalib gəlib

Gürcüstanın Kutaisi şəhərində kadet qılıncoynadanların beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, Qafqaz ölkələri arasında təşkil olunmuş yarışda 18 şpaqaçı mübarizə aparıb.

Milli komandamızın üzvü Barat Quliyev finalda ermənistanlı Karen Manusakyanı 10:5 hesabı ilə məğlub edərək, 1-ci yer tutub. Bu növdə digər təmsilçimiz Cavid Cahangirov bürünc medal qazanıb.

Sablyaçıların mücadiləsində Cavanşir Səfərov çempion olub. Abdulla Həsənov 3-cü pilləni tutub. Qızların rəqabətində Nərminə Cəfərova 7-ci yerlə kifayətlənib. Komandamız Bakıya sabah dönəcək.

Həmin kateqoriyadan