Şpaqaçımız gümüş medal qazandı

Şpaqa üzrə millimizin üzvü Ruslan Həsənov Kiyevdə Ukraynanın olimpiya çempionu Qriqoriy Krissin şərəfinə keçirilən 23 yaşadək şpaqaçıların açıq turnirində çıxış edib.

Allsport.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib başa vuran təmsilçimiz 1/32 finaldan həlledici matça kimi irəliləyib.

O, finalda Nikita Koşmana 14:15 hesabı ilə uduzub və 2-ci olub.

Həmin kateqoriyadan