“Sumqayıt”a texniki məğlubiyyət verilib

Bu gün AFFA intizam komitəsin 1-ci divizionun 2-ci turu ilə bağlı qərarlar qəbul olunub. Allsport.az saytı sizi durumla tanış edir:

“Sumqayıt-2” – “Neftçi-2” matçında əvəzetmə zamanı ev sahibinin protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə olunub.

“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında ölkə çempionunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Ağsu” – “Səbail-2” matçında həm meydan sahiblərinin, həm də qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub. “Səbail-2” nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunub.

“Qarabağ-2” – “Zaqatala” matçında “köhlət atlılar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Qarabağ” matçın protokolunu vaxtında tərtib etmədiyinə görə, klub 80 manat cərimə olunub. “Qarabağ” AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunub. “Qarabağ” PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunub. Oyun öncəsi iclasa polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunub.

Həmin kateqoriyadan