- Baxış sayı: 8
- 23 İyun 2026 11:30
- Baxış sayı: 147
- İyun 23, 2026
- 0

“Qəbələ” qış transfer pəncərəsində ilk futbolçu keçidini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandaya qayıdıb. 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə “Qəbələ”nin əsas komandasında 2 oyun keçirib.