Sumqayıtda “Live Your Goals”

Noyabrın 29-da, saat 15:00-da Sumqayıtda “Kapital Bank Arena”da FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçiriləcək. Allsport.az xəbər verir ki, tədbirdə FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak edəcək.

Bundan əlavə, Face Art və hədiyyəli yarışlar təşkil olunacaq. Həmçinin uşaqlar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə edə biləcəklər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Həmin kateqoriyadan