“Sumqayıt”dan sensasiya: “Qarabağ”ı 1/4 finalda kənarlaşdırdı

Bu gün Azərbaycan kubokunda 1/4 finala yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə “Səbail” Bakıda “Qəbələ”ni qəbul edib. Doğma meydanda minimal hesabla qalib gələn qonaqlar səfərdə də seviniblər (4:2).

Günün digər görüşündə “Sumqayıt” səfərdə 1:2 hesabı ilə uduzduğu “Qarabağ”la qarşılaşıb. Bu matçda gözlənilməz nəticə qeydə alınıb; ev sahibləri 2:0 qalib gələrək mərhələ adlayıblar.

Xatırladaq ki, “Keşlə” və “Neftçi” dünən adlarını yarımfinala yazdırmışdılar.

Həmin kateqoriyadan