“Sumqayıt”dan Təbriz klubuna qayıdacaq

“Sumqayıt”ın hücumçusu Peyman Babayi yayda komandadan ayrılacaq.

Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Maşın Sazi”yə qayıdacaq. Bu barədə Təbriz klubunun direktoru Həsən Nəsirzadə məlumat verib. O, Peymanın yayda 1,5 illik icarə müqaviləsinin başa çatacağını və onun komandaya qayıdacağını bildirib.

Cənubi azərbaycanlı futbolçu 2019-cu ilin yanvarından “Sumqayıt”da oynayır. Peyman bu mövsüm 16 oyuna 6 qol vurub.

Həmin kateqoriyadan