“Şüvəlan” hazırlığa başlayır

Növbəti mövsümdən 1-ci divizionda mübarizə aparacaq “Şüvəlan” klubunun məşqlərə başlayacağı tarix məlum olub. Allsport.az saytı xəbər verir ki, debütant iyulun 3-də bir araya gələcək. Baş məşqçi Aqil Nəbiyev klubun rəsmi “facebook” səhifəsinə toplanış barədə məlumat verib:

“Demək olar ki, yenidən komanda qururuq. Ona görə bir az tez toplaşmağa qərar verdik ki, bəzi futbolçuları yoxlanışdan keçirək. Mövsümün startına qədər komandanı yaxşı hazırlamağa çalışacağıq. Bu müddətdə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırıq”.

 

Həmin kateqoriyadan