Tərlan Əhmədov: 2017-ci ili həm qələbə ilə, həm də mərhələ adlayaraq başa vurduq

“Neftçi” klubu Azərbaycan kubokunda 1/4 finalda “Zirə”ni 2:0 məğlub edərək (0:1), 2 oyunun nətocəsinə görə mərhələ adlayıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov bunu deyib:

“İlk növbədə 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Kubok oyunları həmişə belə gərgin keçir. Bu da futbolun bir gözəlliyidir.

2017-ci ili həm qələbə ilə, həm də mərhələ adlayaraq başa vurduq. Bu münasibətlə bütün neftçisevərləri, klub rəhbərliyini, kollektivi, fanatları, futbolçuları təbrik edirəm”.

Həmin kateqoriyadan