Tərlan Əhmədov: “Az qala sürprizlə qarşılaşacaqdıq”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə oyundan sonra açıqlama verib.

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 3:1 hesabı ilə qalib gəlib, mərhələ keçdikləri matçı belə şərh edib:

“Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. Açığı, I Divizionda belə klubun olması məni sevindirdi. Kubok oyunları həmişə çətin olur. Rəqibin I Divizion klubu olması futbolçuları motivasiya etməkdə çətinlik yaradır. Bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik. Kamaranı meydana buraxmaqla oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin olub. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq”.

Həmin kateqoriyadan