Tərlan Əhmədov: “Bizə böyük dərs oldu”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 12-ci turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları oyundan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Zirə” layiqli qələbə qazandı. İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odu ki, komanda oyuna tam köklənə bilməyib. Bu baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu bizə böyük dərs oldu”.

Həmin kateqoriyadan