Tərlan Əhmədov: Hücumda oynadıq, təzyiq göstərdik, amma bir qolumuz çatmadı

“Neftçi” klubu ölkə kubokunun 1/4 finalının ilk görüşündə rəqib meydanında “Zirə”yə kiçik hesabla uduzub. Allsport.az saytı xəbər verir ki, oyunda sonra mətbuat konfransında flaqmanın baş məşqçisi Tərlan Əhmədov yenilgini belə şərh edib:

“Komandamız, demək olar, 90 dəqiqə ərzində topa nəzarət etməyi bacardı. Hücumda oynadıq, təzyiq göstərdik ki, rəqib meydanın özünə aid hissəsindən çıxa bilməsin, amma bir qolumuz çatmadı.

“Zirə” əks-hücumlarda oynayırdı, qol vurandan sonra isə daha müdafiəyə qapandı ki, bu da istədiyimizi almağa mane oldu. Bununla belə, cütün taleyi cavab oyununda həll olunacaq”.

Həmin kateqoriyadan