Tiflisdə Cavanşir Ağakişiyev fərqlənib

Kişi sablyaçılardan ibarət millimiz Gürcüstan paytaxtında beynəlxalq “Satellite” turnirində iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, bizdən Xalid Əsədov və Elvin Rzazadə qrupda hərəyə bir qələbə qazansalar da, növbəti mərhələyə keçə bilməyiblər.

Qərib İbrahimov isə qrupda keçirdiyi görüşlərdə qələbə qazana bilməyib. Qrup mərhələsini bir qələbə ilə adlayan Həsənov Abdulla 1/64 finalda qazaxıstanlı rəqibinə uduzaraq, turniri 36-cı yerdə başa vurub.

Sablyaçılarımızdan ən yaxşı nəticə Cavanşir Ağakişiyevə məxsus olub. Qrup mərhələsində 3 qələbə qazanan həmyerlimiz 1/32 finalda yarışın bürünc mükafatçısı Mixail Mardalişviliyə məğlub olub. İdmançımız turniri 28-ci sırada tamamlayıb

Həmin kateqoriyadan