- Baxış sayı: 54
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

Transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalır. Allsport.az saytı xəbər verir ki, “Trabzonspor” qolçu sayını artırmaq üçün çalışmanı davam etdirir. Kiyev “Dinamo”sunun ukraynalı futbolçusu üçün “tünd qırmızı-göylər” hərəkətə keçib.
Ukrayna millisinin futbolçusu Vladislav Supryaqa əsas hədəfdədir. Baş məşqçi Abdulla Ovçu onu komandasında görmək istəyir. Ötən mövsümü İtaliya “A” sıralaması klubu “Sampdoriya”nda keçirən 22 yaşlı futbolçu sonradan geri göndərilib.
Onun Kiyev “Dinamo”su müqaviləsi 2026-cı ilə qədərdir.