“Turan Tovuz” evdə, “Zaqatala” səfərdə uduzdu

Azərbaycan 1-ci divizionunda 3-cü tura start verilib.

Allsport.az ilk oyun günündə iki görüş baş tutub. “Kəpəz” doğma meydanda “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb. 6 qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Son çempion “Neftçi”nin 2-ci komandası isə “Qaradağ Lökbatan”a böyük hesabla uduzub.

2-ci oyun günündə daha 3 görüş baş tutub. “Turan Tovuz” doğma meydanda “Sabah”ın əvəzedici komandasına uduzubsa, “Zaqatala” da “Səbail”in əvəzediciləri ilə görüşdən məğlub ayrılıb. MOİK isə “Zirə”nin 2-ci komandası üzərində darmadağına sevinib.

1-ci divizion, 3-cü tur

28 sentyabr

Kəpəz – Qarabağ-2 4:2
Qol: Vüsal Məsimov, 52. Tural Rzayev, 68-pen. Cavid İmamverdiyev, 90+3. Bəhruz Teymurov, 90+7 – Seyxan Fərəcov, 7. Sultan Mustafayev, 45+1.Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu, 15:00

Neftçi-2 – Qaradağ Lökbatan 0:4
Qol: Ürfan İsmayılov, 30. Həbib İsmayılov, 37. Əlibala Ağayev, 52. Elnur Səmədov, 56.Hakimlər: Rauf Allahverdiyev, Nahid Əliyev, Vüqar Bayramov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi” klubunun bazası (4-cü meydança), 16:00

29 sentyabr

Turan Tovuz – Sabah-2 1:3
Qol: Sadiq Şəfiyev, 26 – Ceyhun Nuriyev, 70; 87. Fərid Kərimzadə, 77.Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 15:00

Zirə-2 – MOİK 0:4
Qol: Emin Mehdiyev, 2-pen. Rafael Qavami, 37. Elşən Veysov, 45+1. Ruslan Voronsov, 81.Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”, 15:00

Səbail-2 – Zaqatala 2:0
Qol: Aydın Ağazadə, 12. Zeynəddin Əbdürahmanov, 47.Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 16:00

4 oktyabr

Keşlə-2 – Qəbələ-2
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 15:00

Həmin kateqoriyadan