“Turan Tovuz” – MOİK oyunu nədən təxirə salındı

Divizionun 18-cu turunda martın 6-da keçirilməsi planlaşdırılan “Turan Tovuz” – MOİK oyunu təxirə salınıb.

Allsport.az verir ki, Azərbaycan respublikasının müdafiə nazirinin əmrinə əsasən ordunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

Buna görə də MOİK rəhbərliyi PFL-dən martın 6-da “Turan Tovuz”la matçın təxirə salınmasını xahiş edib.

Həmin kateqoriyadan