“Turan Tovuz” qalib gəldi

1-ci divizionda 19-cu tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Turan Tovuz” doğma meydanda “Qarabağ-2″ni məğlub edib. “Keşlə”nin əvəzediciləri isə səfərdə “Qaradağ Lökbatan”dan üstün olub.

Sabah 19-cu turun daha iki qarşılaşması keçiriləcək.

“Turan Tovuz” – “Qarabağ-2” – 2:1
Qollar: 
Vidadi Cəfərov, 18; 64 – Sultan Mustafayev, 59.

“Qaradağ Lökbatan” – “Keşlə-2” – 0:1
Qol
: Emin Quliyev, 48.

Həmin kateqoriyadan