- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin toplantısı olub. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionun 24-cü turunun oyunları ilə bağlı qərarlar qəbul olunub:
“Mil-Muğan” – “Zaqatala” matçının 49-cu dəqiqəsində ev sahibinin futbolçusu Cavid Heydərov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan Tovuz” – “Sabah” matçında ölkə çempionunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.