“Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub

Azərbaycan birinci divizionunun cari mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub. Allsport.az saytı xəbər verir ki, bu klubun “Qaradağ Lökbatan”la oyunundan sonra PFL tərəfindən mükafatlandırma təşkil edilib.

Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.

Həmin kateqoriyadan