“Türk Messi” transferi ilə ilkə imza atıb

“Fənərbağça”nın 18 yaşlı futbolçusu Arda Gülər ​​”Real Madrid”lə 6 illik müqavilə imzalayıb. 

Allsport.az xəbər verir ki, gənc ulduz türk futbolunda yeni bir addım atıb. O, birbaşa “Reala” keçən ilk türkiyəli futbolçu olub. 

Digər tərəfdən, Ardanın növbəti mövsümdə İspaniya nəhənginin heyətində yer alıb-almayacağı maraq doğurur. Bəzi mənbələr futbolçunun icarəyə veriləcəyini bildirsə də, onun komandaya cəlb olunma ehtimalı da müzakirə olunur. 

“Sarı bülbüllər” bu transferdən 20 milyon avro qazanacaq. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək.

Gülər ​​“Gənclərbirliyi”nin yetirməsidir. 2014-2019-cu illərdə bu klubun akademiyasında olub, sonra “Fənərbağça”da çıxış edib. Arda əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 qolun ötürməsini verib. O, Türkiyə millisində də 4 oyunda iştirak edib.

Həmin kateqoriyadan