Türkiyə klubunda yeni məşqçi

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Allsport.az xəbər verir ki, superliqa təmsilçisi Hakan Qutlu ilə anlaşıb. Mövsümə uğursuz start verən komandanın ardıcıl məğlubiyyətləri rəhbərliyin Cihad Arslanla yolları ayırmasına səbəb olub. Onun əvəzinə təyin edilən Hakan Qutlu artıq komandanı ilk məşqə də çıxarıb.

49 yaşlı mütəxəssis son olaraq bu il “Dənizlispor”a rəhbərlik edib. “Kasımpaşa” superliqada 10 turdan sonra 6 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan