Türkiyə klubunun məşqində şok

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Alanyaspor”un Burdur şəhərində keçirilən toplanış zamanı şok hadisə yaşayıb. Allsport.az saytının məlumatına görə, komandanın aparıcı forvardı Kuma Bubakar məşqi yarımçıq dayandırıb.

Buna səbəb hücumçunun məşqin gedişində özünü pis edib, huşunu itərərək yerə yıxılması olub. Ürəktutmasından yerə yıxılan seneqallı hücumçu dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinədən sonra Babakarın həyatı təhlükəsi olmadığı və vəziyyətinin stabilə qayıtdığı bildirilib. Onun məşqlərə nə zaman qayıdacağı hələ ki dəqiq deyil.

“Sassuola”ya məxsus olan seneqallı 2020-ci ilin sentybar ayından icarə əsasında “Alanyaspor” forması geyinir. O, Türkiyə klubunun heyətində 28 matçda 12 qol vurub.

Həmin kateqoriyadan