Türkiyə super liqası iyunun 10-dan sonra bərpa edilə bilər

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə super liqası iyunun 10-dan sonra bərpa oluna bilər. Allsport.az xəbər verir ki, klublar komitəsinin sədri Məhməd Səpil videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Oyunların azarkeşsiz keçiriləcəyi gözlənilir.

Türkiyədə futbol liqaları martın 19-u dayandırılıb.

Həmin kateqoriyadan