Türkiyədə 2-ci transfer müddəti bitdi

Superliqada çempionluq yarışı davam edərkən, aşağı liqa xəttində gərgin mübarizə davam edir. Türkiyə zəlzələdə yaşanan qarışıqlıq və ağrı səbəbiylə uzun bir transfer dövrü yaşadı. Komandalar ara transfer dövründə heyətlərinə lazımi gücləndirmələr edib.

Qəhrəmanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər ciddi dağıntılara səbəb olub. Fəlakətdən sonra bölgədə yardım kampaniyaları başladılıb. Türkiyə futbol federasiyası (TFF) bütün liqa oyunlarının təxirə salındığını açıqlayıb.

Bundan əlavə, FİFA ilə danışıqlar aparılaraq ölkədə 2-ci transfer qeydiyyatının müddətinin uzadılması qərara alınıb. Bu qərara uyğun olaraq, normal şəraitdə fevralın 8-də başa çatması planlaşdırılan ara transfer müddəti əvvəlcə fevralın 18-ə, sonra isə martın 5-nə qədər uzadılıb.

Həmin kateqoriyadan