“Türkiyədən futbol” verilişi qardaş ölkənin diqqət mərkəzindədir

“CBC Sport” telekanalında Pərviz MusayevElçin Cəfərovun təqdimatında yayımlanan “Türkiyədən futbol” verilişi qısa müddət ərzində həm ölkə içində, həm də qardaş məmləkətdə xeyli məşhurlaşıb. Allsport.az saytı xəbər verir ki, özəlliklə, adı 2-ci çəkilən həmkarımızın Türkiyə futboluna olan marağı, nüfuzu və əlaqəsi qarşı tərəfin gözündən yayınmır.

“Azərbaycan” qəzetinin əməkdaşı 1997-1998-ci illər mövsümündən superliqanı, eləcə də çempionat haqqında verilişlərin daimi izləyicisidir. O bu ölkədə “Qalatasaray”ın çılğın azarkeşidir. Tez-tez Türkiyəyə dəvət alan alan həmyerlimiz, imkan düşdükcə, təklifləri müsbət dəyərləndirir.

Ötən ilin sonu İstanbulda milli komandanın baş məşçiçisi Şənol Günəşlə görüşən Elçin Cəfərov bu yaxınlarda “Beşikdaş” və “Real Sosyedad”dan tanıdığımız Nihad Qəhvəçinin paytaxtımıza səfərində onunla bir araya gəlib. Tanınmış yazar hər zaman yurd içi KİV arasında keçirilən futbol yarışlarının fəal iştirakçısıdır. O, “Bakı” klubunun heyətində kuboka da sahib çıxıb.

Həmin kateqoriyadan