Türkiyəli futbolçu 5 yaşlı oğlunu boğaraq öldürdü

Türkiyənin “Hacəttəpəspor” klubunun keçmiş futbolçusu Cəvhər Toqdaş övladını boğaraq öldürüb. Allsport.az xəbər verir ki, onun 5 yaşlı oğlu Qasım Toqdaş aprelin 23-ü Bursa şəhərində koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Həmin gün vəfat edən azyaşlının öldürüldüyü müəyyənləşib. Onu hazırda həvəskar liqada çıxış edən “Bursa İldırımspor”un futbolçusu – atası Cəvhər Toqdaş öldürüb. 32 yaşlı futbolçu əməlini 11 gün sonra açıqlayıb:

“Oğlum kürəyi üstə yatmışdı. Yastığı başına basdım və 15 dəqiqə çəkmədim. Sonra gördüm ki, hərəkətsiz qalıb və yastığı çəkdim. İki övladım var. Ölən uşağımı sevmirdim. Onu buna görə qətlə yetirdim. Mənim psixi problemim yoxdur”.

Həmin kateqoriyadan