Türkiyəli futbolçu millimizdən imtina etdi

Türkiyənin “Kayserispor” klubunun türkiyəli futbolçusu Həsən Hüseyn Acar Azərbaycan millisində oynamaqdan imtina edib.

Allsport.az DHA agentliyinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasında oynamaq arzusunda olduğu üçün bu qərar verdiyini deyib.

“Əskişəhərspor”un yetirməsi 2018-ci ildən “Kayserispor”da çıxış edir. Acar Türkiyənin U-20 yığmasının üzvü olub.

Həmin kateqoriyadan